• Bakı 17° C

    2.31 m/s

Ağalı kəndində polis sahə məntəqəsi yaradılıb - FOTO

CƏMİYYƏT

30 Iyul 2022 | 15:40

Ağalı kəndində polis sahə məntəqəsi yaradılıb - FOTO

Zəngilan rayonunun Ağalı kəndində müasir tipli Polis sahə məntəqəsi fəaliyyətə başlayıb.

Bu barədə Bakıvaxtı.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Məlumatda deyilir: "İyulun 19-dan başlanaraq Zəngilanın Ağalı sakinlərinin 30 illik həsrətinə son qoyuldu. Mərhələli şəkildə Ağalı sakinləri doğma yurd yerlərinə qayıtdılar. Ağalıda sakinlərin rahatlığı üçün hər cür şərait yaradılıb. Asayişin, təhlükəsizliyin, hüquq qaydalarının qorunması üçün kənddə Zəngilan rayon Polis Şöbəsinin müasir tipli Polis sahə məntəqəsi fəaliyyətə başlayıb. Hazırda yeni məntəqədə xidməti vəzifələrin icrası üçün hər cür zəruri şərait yaradılıb, əməkdaşlar müasir texniki və xüsusi avadanlıqla təchiz olunublar".


Ağalı kəndində polis sahə məntəqəsi yaradılıb - FOTOAğalı kəndində polis sahə məntəqəsi yaradılıb - FOTOAğalı kəndində polis sahə məntəqəsi yaradılıb - FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Oktyabr 2026