• Bakı 23° C

    2.66 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Bakıda torpaq sürüşməsi - YENİLƏNİB

CƏMİYYƏT

29 Avqust 2022 | 11:51 | Müəllif: Qalib İbrahimoğlu

Bakıda torpaq sürüşməsi - YENİLƏNİB

Bu gün Bakı şəhəri, Yasamal rayonu Qurban Xəlilov küçəsində yamacdan torpaq tökülməsi sürüşmə deyil.

Bakıvaxtı.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi Əli Əliyev bildirib.

Onun sözlərinə görə, 2,5 metr hündürlüyü olan yamacın üst hissəsində yerləşən həyət evində suvarma nəticəsində kiçik torpaq çıxıntı sahəsi qopub yola tökülüb.

"Bu hadisəyə torpaq sürüşməsi demək düzgün deyil. Sadəcə kiçik bir hissədə torpaq uçqunu baş verib. Artıq müvafiq qurum tərəfindən hadisənin nəticələri aradan qaldırılıb. Həmin ərazidə lokal da olsa kiçik uçma proseslərinin inkişaf dinamikası yoxdur", - deyə Xidmət rəisi bildirib.

***09:33

Bu gün Bakıda torpaq sürüşməsi olub.

Bakıvaxtı.az xəbər verir kİ, hadisə Yasamal rayonu Qurban Xəlilov küçəsindəki yamacda qeydə alınıb. Belə ki, kiçik miqyaslı sürüşmə nəticəsində yola torpaq və qaya parçası tökülüb.

Hadisə səhər saat 6 radələrində baş verib.

Yasamal rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin əməkdaşları tərəfindən saat 07.42 radələrində ərazi torpaq və qaya parçalarından təmizlənib./apa/


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR