• Bakı 21° C

    3.31 m/s

  • USD - 1.7

    EUR - 1.9763

    RUB - 1.971

Peyvənd əleyhdarlarına PİS XƏBƏR: Onların...

CƏMİYYƏT

28 Sentyabr 2022 | 10:51 | Müəllif: Qalib İbrahimoğlu

Peyvənd əleyhdarlarına PİS XƏBƏR: Onların...

Aparılan araşdırma koronavirus əleyhinə vaksinin son dərəcə yüngül yan təsirini ortaya qoyub.

Bakıvaxtı.az xəbər verir ki, araşdırmalara görə, COVID peyvəndləri menstruasiya dövrünü müvəqqəti olaraq dəyişə bilər. BA 5-in çox yoluxucu olduğunu vurğulayan ekspertlər bu variantın bütün dünyada yoluxma hallarının artmasında əsas səbəb olduğu qənaətindədirlər.

BMJ Medicine-də nəşr olunan araşdırmada tədqiqatçılar peyvənd edilmiş insanların peyvənd olunmayanlara nisbətən menstruasiyalarında orta hesabla bir gün gecikmə yaşadığı qənaətinə gəliblər. Tədqiqata imza atan komanda deyir ki, vaksinlərin nəsil artırmaya təsir göstərdiyinə dair heç bir əlamət yoxdur. Başqa sözlə, peyvənd əleyhdarlarının ən məşhur arqumentlərindən biri olan peyvəndin nəsil artırmanı aşağı saldığı ddiası bu araşdırma ilə təkzib edildi.

Menstruasiya dövrünün stress, kilo itkisi və ya artımı, sıx idman kimi müxtəlif faktorlardan təsirlənə biləcəyini vurğulayan mütəxəssislər, bir günlük gecikmənin son dərəcə normal olduğunu vurğulayıblar.

CDC öz hesabatı ilə vaksinin xalis faydasını bir daha ortaya qoyub. CDC, peyvənd olunmayan insanların koronavirusdan ölmə ehtimalının 9 dəfə çox olduğunu açıqlayıb.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Sentyabr 2026