• Bakı 11° C

    5.66 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Müdafiə Nazirliyi təcili MƏLUMAT YAYDI

CƏMİYYƏT

28 Oktyabr 2022 | 10:29

Müdafiə Nazirliyi təcili MƏLUMAT YAYDI

2022-ci ilin döyüş hazırlığı planına əsasən Azərbaycan Ordusunun Raket və Artilleriya Qoşunlarının N hərbi hissəsində komanda-qərargah təlimi keçirilib.

Bu barədə Bakıvaxtı.az-a Müdafiə Nazirliyindən məlumat veirlib.

Bildirilib ki, plana uyğun olaraq “Həyəcan” siqnalı ilə qaldırılan bölmələr daimi dislokasiya məntəqələrindən cəmləşmə rayonlarına çıxarılaraq atəş mövqelərini tutublar. Təlim zamanı bölmələrin cavabdehlik zonasına sızmış şərti düşmən diversiya qrupunun təxribatlarının qarşısının alınması, onların zərərsizləşdirilməsi üzrə fəaliyyətlərin planlaşdırılması və idarə olunması tapşırıqları icra olunub.

Bundan başqa, strateji əhəmiyyətə malik mövqelərin ələ keçirilməsində ümumqoşun bölmələrə atəş dəstəyi, eləcə də müxtəlif təlim-döyüş tapşırıqları yerinə yetirilib.
Təlimin keçirilməsində əsas məqsəd hərbi hissənin döyüşə hazırolma vəziyyətinə gətirilməsi zamanı qərargahın fəaliyyətini və qarşılıqlı əlaqəni təkmilləşdirmək, eləcə də komandirlərin döyüşdə bölmələri idarəetmə qabiliyyətini və çevik qərar qəbuletmə bacarıqlarını artırmaqdır.

Təlimdə qarşıya qoyulan bütün tapşırıqlar müvəffəqiyyətlə icra edilib.


Müdafiə Nazirliyi təcili MƏLUMAT YAYDIMüdafiə Nazirliyi təcili MƏLUMAT YAYDIMüdafiə Nazirliyi təcili MƏLUMAT YAYDIMüdafiə Nazirliyi təcili MƏLUMAT YAYDI
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026