• Bakı C

    1.24 m/s

  • USD - 1.7

    EUR - 1.8488

    RUB - 0.0244

Fəlsəfə doktoru imtahanlarına dair tələblər dəyişdi

CƏMİYYƏT

26 Noyabr 2022 | 17:34

Fəlsəfə doktoru imtahanlarına dair tələblər dəyişdi

Fəlsəfə doktoru imtahanlarına dair tələblər dəyişib.

Bakıvaxtı.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin Fərmanı ilə “Elmi adlar verilməsi qaydası haqqında Əsasnamə”yə edilən dəyişiklikdə əksini tapıb.

İndiyə qədər fəlsəfə doktoru imtahanları ixtisas fənni (dissertasiya iki ixtisas üzrə hazırlandığı halda həmin ixtisas fənlərinin hər birindən), xarici dil (ingilis, alman və ya fransız dillərindən biri) və Azərbaycan dilindən (əcnəbi və vətəndaşlığı olmayan iddiaçılar üçün) olub. Dəyişikliyə əsasən, artıq xarici dil (ingilis, alman və ya fransız dillərindən biri) fənnindən imtahanı dissertasiyanı Azərbaycan və ya rus dillərində yazan və müdafiə edən iddiaçılar verəcək. Başqa sözlə, qeyd olunan xarici dillərdə dissertasiyanı yazanlar xarici dil imtahanı verməyəcək.

Əgər indiyə qədər əcnəbi və vətəndaşlığı olmayan iddiaçılar üçün Azərbaycan dili imtahanı tələbi vardısa, artıq bu imtahanı yalnız dissertasiyanı Azərbaycan dilində yazan və müdafiə edən əcnəbi və vətəndaşlığı olmayan iddiaçılar verəcək.

Fəlsəfə doktoru dissertasiyasının nəticələrinə dair iddiaçının beş, o cümlədən beynəlxalq xülasələndirmə və indeksləmə sistemlərinə (bazalarına) daxil olan dövri elmi nəşrlərdə humanitar və ictimai elmlər üzrə azı bir, dəqiq və təbiət elmləri üzrə azı iki məqaləsi dərc edilməsi tələb olunacaq. Əvvəl ikisi həmmüəllifsiz olmaqla beş məqalənin dərc olunması tələb edilirdi.


SON XƏBƏRLƏR