• Bakı 14° C

    6.24 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Azərbaycanı antibiotik qıtlığı gözləyir? - AÇIQLAMA

CƏMİYYƏT

26 Dekabr 2022 | 15:58 | Müəllif: Qalib İbrahimoğlu

Azərbaycanı antibiotik qıtlığı gözləyir? - AÇIQLAMA

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) dərman təchizatı qrupu yoluxucu xəstəliklərin sayının artması ilə əlaqədar dünyada antibiotik qıtlığının yarandığını bəyan ediblər.

Bakıvaxtı.az ÜST-ə istinadla xəbər verir ki, araşdırmalara görə 35 ölkənin 80%-də “Penisilin” əsaslı preparatların, ABŞ, Kanada və Avropa İttifaqının 25 ölkəsində isə “Amoksisillin”in qıtlığından şikayətlənirlər. Kiçik ölkələrdə hələlik bununla bağlı vəziyyət stabildir.

Bəs Azərbaycanda antobiotik qıtlığı yarana bilərmi?

Tibb elmləri doktoru Adil Qeybulla Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, antibiotik qıtlığı, hər halda pandemiyadan sonra yaranan problemdir. Onun sözlərinə görə, Rusiya-Ukrayna müharibəsi nəticəsində baş verən proseslər də buna rəvac verib: "Azərbaycan dərman idxalından asılı ölkədir. Dərmanların böyük əksəriyyətini idxal edirik. Yalnız cövhər və məlhəmlər şəklində bəzi dərmanları özümüz istehsal edirik. Ona görə, dünyadakı proseslər Azərbaycanda da öz əksini göstərəcək”.

Müsahibimiz hesab edir ki, sadəcə, biz resurslarımızı yaratmaq üçün qardaş Türkiyə ilə əlaqələr qurmalıyıq: "Dərmanların da ordan idxal olması daha məqsədəuyğundur. Gələcək inteqrasiya baxımından da bu çox vacibdir”.

Analitik Ekspertiza Mərkəzinin mətbuat katibi Mətin Məcidli Bakıvaxtı.az-a açıqlamasında qeyd edib ki, “Pensilin” əsaslı Benzilpenisilin natrium duzunun idxalına 15 dekabrda icazə verilib: “Hardasa 8 yüzdən çox idxal olunub. “Pensilin” əsaslı Benzelin nömrə 50 11 dekabrda yüz min qutu idxal olunub. Adını çəkdiklərimin ikisi də iynədir".

M.Məsidli deyib kii, Amoksisilin suspenziya 13 dekabrda 29450 ədəd, 14 dekabrda isə 2500 ədəd ixdal olunub: "Bu rəqəmlər göstərir ki, bizdə qıtlıq yoxdur, idxal var”.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR