• Bakı 11° C

    3.24 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Qubada narkotik dövriyyəsinə görə iki nəfər saxlanılıb - VİDEO

CƏMİYYƏT

29 Avqust 2022 | 12:25 | Müəllif: Subhan Mahmudov

Qubada narkotik dövriyyəsinə görə iki nəfər saxlanılıb - VİDEO

Quba  Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələri əldə etmək, saxlamaq, daşımaq və satmaqda şübhəli bilinən rayon sakinləri Amil Hüseynov və Samir İslamov saxlanılıblar. Həmin şəxslərin üzərlərinə, evlərinə və avtomobilinə baxış keçirilən zaman külli miqdarda narkotik vasitə olan heroin, marixuana və psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülüb.

Faktla bağlı Quba RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə hər iki şəxsin barəsində həbs qətimkan tədbiri seçilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026