• Bakı 18° C

    2.11 m/s

  • USD - 1.7

    EUR - 1.9014

    RUB - 2.0238

“Heç kimdən dəstək görmədik” - Festival təşkilatçısı

CƏMİYYƏT

29 Avqust 2022 | 13:06 | Müəllif: Qalib İbrahimoğlu

“Heç kimdən dəstək görmədik” - Festival təşkilatçısı

Sentyabrın 16-da İstanbulda “Könül bağımız Qarabağ” adlı festival keçiriləcək.

Bu barədə Bakıvaxtı.az-a festivalın təşkilatçısı olan “Usuboğlu Qrup”dan bildirilib.

Məlumata görə, əsrlərdir ortaq tarixə və sivilizasiyaya malik türk əsilli xalqların bir araya gəlməsi üçün təşkil olunacaq festivala hər iki ölkənin ictimai-siyasi xadimləri, tanınmış sənətçilər, diplomatik korpusun nümayəndələri, millət vəkilləri dəvətlidir.

“UsuboğluQrup”un sədri SamiralUsubova deyib ki, Azərbaycan naminə edilən hər bir işdə, hər bir müraciətdə millətçilik, vətənpərvərlik ruhunun olması çox vacibdir: “Təəssüflər olsun ki, vətəndaş və ictimai müraciətlərin reallaşmasına dəstək verəcək müvafiq qurumlar bəzən səhlənkarlıq nümayiş etdirirlər. Təbii ki, bu, bizi ruhdan salmır. Vətəndən uzaqda Vətən adına atılan kiçik addımlar möhkəm prinsiplər üzərində böyük işlərin qurulmasına zəmin yaradır”.

Onun sözlərinə görə, tədbirlə bağlı Azərbaycandan, eləcə də Türkiyədə fəaliyyət göstərən Azərbaycanı təmsil edən təşkilat və birliklərdən, azərbaycanlı iş adamlarından heç bir dəstək yoxdur: “Erməni lobbiçiliyinin güclü olduğu İstanbulda Azərbaycan incəsənətinin möhtəşəmliyini, milli rəqslərimizin və Azərbaycan mətbəxinin özünəməxsusluğunu yaşatmağa çalışacağıq və heç bir maneə bizi bu yoldan döndərə, ruhdan sala bilməz. Bir azərbaycanlı olaraq qəlbimizdə Azərbaycanın bir parçasını gəzdirərək, Azərbaycan bayrağının dalğalandığı hər qurumdan, adının qarşısında Azərbaycan sözü yazılan hər bir təşkilatdan yalnız mənəvi dəstək istəyirik”.

Qeyd edək ki, tədbirdə bir qrup Qarabağ müharibəsi iştirakçısı, İstanbulda müalicə alan qazilərimiz də iştirak edəcək, Qarabağ zəfəri ilə bağlı təsis edilən mükafatlar təqdim olunacaq.

Aytac Aslan


“Heç kimdən dəstək görmədik” - Festival təşkilatçısı
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR