• Bakı 21° C

    2.95 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Bakıda qumbaralar TAPILDI - VİDEO

CƏMİYYƏT

02 Aprel 2022 | 15:20 | Müəllif: Subhan Mahmudov

Bakıda qumbaralar TAPILDI - VİDEO

Bakı şəhəri, Səbail rayonu ərazisində partlayış təhlükəli əşyalar aşkarlanıb.

Bu barədə Bakıvaxtı.az-a Fövqəladə Hallar Nazirli (FHN) məlumat yayıb.

Bildirilib ki, məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu cəlb edilib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə ərazidəki insanlar təhlükəsiz məsafəyə uzaqlaşdırıldıqdan və kənar şəxslərin əraziyə girişi müvəqqəti məhdudlaşdırıldıqdan sonra çevik qrupun mütəxəssisləri tərəfindən hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatların döyüş tətbiqinə yararlı 3 ədəd “F-1” əl qumbarası və “UZRQM-2” markalı qumbaranın 3 ədəd partladıcısı olduğu müəyyən edilib.

Sursatlar XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.

Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkarlanmayıb.

Əməliyyat görüntülərini təqdim edirik:


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Sentyabr 2026