Vətən müharibəsi şəhidi Təbriz İbrahimovun anası vəfat edib.
Bakıvaxtı.az xəbər verir ki, şəhidin anası Almas Qurbanova Salyan rayonunda dünyasını dəyişib.
Qeyd edək ki, T. İbrahimovun atası da 2019-cu ildə vəfat edib.
1992-ci il təvəllüdlü Təbriz İbrahimov müddətdən artıq hərbi qulluqçu kimi Vətən müharibəsində iştirak edib və Murovdağ döyüşü zamanı itkin düşüb. Onun nəşi 2021-ci ilin mayında tapılaraq İkinci Fəxri xiyabanda dəfn edilib.