• Bakı 11° C

    5.19 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Şəhid qardaşının müəmmalı ölümü - Qohumları danışdı

CƏMİYYƏT

02 Iyun 2022 | 20:35 | Müəllif: Subhan Mahmudov

Şəhid qardaşının müəmmalı ölümü - Qohumları danışdı

Vətən müharibəsi şəhidi Seyfəl Rəfiyevin qardaşı Məhəmməd Rəfiyev dünyasını dəyişib. Siyəzən şəhər sakini 13 yaşlı Məhəmməd evdə yemək yeyən zaman boğulmağa başlayıb.

O, dərhal xəstəxanaya gətirilib. Həkimlərin səyinə baxmayaraq, şəhid qardaşının həyatını xilas etmək mümkün olmayıb.

Bakıvaxtı.az xəbər verir ki, şəhidin qohumlarının modern.az-a verdiyi məlumata görə, Məhəmmədin səhhətində heç bir problem olmayıb, onun halı qəfil pisləşib. Yeniyetmə gecə saatlarında xəstəxanaya yerləşdirilib, orada dünyasını dəyişib. 

Onun ölüm səbəbi hələlik dəqiq bilinmir. Ekspertizanın nəticələrindən sonra Məhəmməd Rəfiyevin ölümünün gerçək səbəbi məlum olacaq.

Qeyd edək ki, Məhəmməd qardaşı şəhid olandan sonra ailənin yeganə övladı idi. O, Siyəzən şəhər 3 saylı tam orta məktəbin 7-ci sinfində oxuyurdu.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026