• Bakı 12° C

    8.34 m/s

  • USD - 1.7

    EUR - 1.8331

    RUB - 0.0184

Şəhid Vüsal Orucov Qusarda dəfn olundu - YENİLƏNİB - FOTO

CƏMİYYƏT

01 Oktyabr 2023 | 12:06

Şəhid Vüsal Orucov Qusarda dəfn olundu - YENİLƏNİB - FOTO

Şəhid hərbi qulluqçumuz Vüsal Orucov dəfn olunub.

Bakıvaxtı.az xəbər verir ki, onun nəşi Qusar rayonunun Suvacal kənd qəbiristanlığında torpağa tapşırılıb.

xxx

10:43

Ötən gün Kəlbəcərdə Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində şəhid olan əsgər Vüsal Orucovun nəşi doğulduğu Qusar rayonunun Suvacal kəndinə gətirilib.

Bakıvaxtı.az xəbər verir ki, hazırda şəhid hərbi qulluqçumuzla vida mərasimi keçirilir.

2005-ci il təvəllüdlü Vüsal Orucov 11 aprel 2023-cü ildə hərbi xidmətə yollanıb. Ailədə 3 bacı, 3 qardaşdırlar.

Qeyd edək ki, sentyabrın 30-u günorta saatlarında Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsi istiqamətindəki mövqeyindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Aşağı Ayrım yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyinə snayper silahından atəş açılıb.

Nəticəsində hərbi qulluqçumuz Orucov Vüsal Xeybalı oğlu şəhid olub.


SON XƏBƏRLƏR

08 Dekabr 2023