• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Səkkiz cəhddə damarı tapılmayan qatilin edamı ləğv edildi

DÜNYA

29 Fevral 2024 | 11:36

Səkkiz cəhddə damarı tapılmayan qatilin edamı ləğv edildi

ABŞ-da ölüm hökmündə olan məhbuslardan biri Tomas Eugene Creechin edamı ləğv edilib.

Bakıvaxtı.az bu barədə xarici mətbuata istinadla xəbər verir.

Məlumata görə, 73 yaşlı Krik 1974-cü ildə həbs edilib və üç ştatda beş qətldə təqsirli bilinib.

Barəsində edam hökmü çıxarılan Creechə həkimlər 8 dəfə cəhd etmələrinə baxmayaraq, ölümcül iynə vurmaq üçün məhbusun damarını tapmayıblar.

Aydaho Təhlükəsizlik Təşkilatının düzəlişlər direktoru Josh Tewalt bildirib ki, üç tibb qrupunun üzvü damarı tapmaq üçün səkkiz dəfə cəhd edib. Bəzi cəhdlərdə damara çata bilməyiblər, bəzilərində bacarsalar da, şübhəli qalıblar.

Onun qollarında, ayaqlarında və əllərində venadaxili tapmağa çalışıblar. Hər cəhd bir neçə dəqiqə çəksə də, damar girişini tapmaq mümkün olmadığı üçün edam ləğv edilib.

Aydaho İslahlar Departamenti Creech üçün ölüm hökmünün bitdiyini, növbəti addımları qiymətləndirdiyini deyib.

Creechin vəkilləri dərhal ABŞ dairə məhkəməsinə yeni həbs-qətimkan tədbirinin seçilməsi üçün vəsatət qaldıraraq bildiriblər ki, “uğursuz edam cəhdi” departamentin “insani və konstitusiyaya uyğun edam həyata keçirə bilmədiyini” sübut edir.

Ay Tac


SON XƏBƏRLƏR

26 Iyul 2024