Sel fəlakəti İspaniyaya ciddi zərər vurub.
Bakıvaxtı.az bu barədə xarici mediaya istinadla xəbər verir.
Məlumata görə, İspaniya Kənd Təsərrüfatı Sığorta Təşkilatları Assosiasiyası leysan yağışların səbəb olduğu daşqın və fırtınaların kənd təsərrüfatı sektoruna tarixi ziyan vurduğunu açıqlayıb.
Sel nəticəsində 25 min 500 hektar becərilən kənd təsərrüfatı sahəsinin zədələndiyi, 650 min ton ərzaq məhsulunun israf edildiyi və 10 mindən çox fermerin zərər çəkdiyi bildirilib.
Dəyən zərərin 250 milyon avrosunun sığortalandığı açıqlanıb.
Nuriyyə Musayeva