• Bakı 12° C

    1.79 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Belçika son həftələrdə "gün işığı görmədi"

DÜNYA

18 Dekabr 2024 | 15:13 | Müəllif: Əli Hüseynov

Belçika son həftələrdə "gün işığı görmədi"

Belçika dekabrın əvvəlindən cəmi 6 saat 11 dəqiqə günəş işığı görüb.

Bakıvaxtı.az xarici mediaya istinadla xəbər verir ki, Kral Meteorologiya İnstitutunun məlumatına görə, Brüsseldə bu ayın ən günəşli günü dekabrın 1-i olub, günəş 3 saat 44 dəqiqə ərzində özünü göstərib.

Dekabrın 7-də gündüz 1 saat 55 dəqiqədən sonra səma tamamilə boz rəngə boyanıb.

İnstitut dekabr ayı üçün orta günəş işığının 48 saat 35 dəqiqə olduğunu və bu ayın bu səviyyədən xeyli aşağı olacağını bildirib.

Əli Hüseynov

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026