Rumıniyanın müşahidə və monitorinq sistemləri yanvarın 17-nə keçən gecə ölkənin hava məkanının pozulmasını qeydə alıb. Vəziyyətə nəzarət etmək üçün iki F-16 qırıcı təyyarəsi havaya qaldırılıb.
Bakıvaxtı.az yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə Rumıniya Müdafiə Nazirliyinin (MN) məlumatında bildirilib.
Qeyd edilib ki, Ukraynanın İzmail şəhərindən 300 metr məsafədə yerləşən Plauru yaşayış məntəqəsi ərazisində mütəxəssislər pilotsuz uçuş aparatının (PUA) mümkün düşməsi izlərini aşkar ediblər.
"Monitorinq və müşahidə sistemləri hava məkanının pozulmasını qeydə alıb. Bununla əlaqədar saat 01:35-də iki F-16 qırıcı təyyarəsi havaya qaldırılıb. Qırıcılar saat 03:48-də bazaya qayıdıb", - məlumatda vurğulanıb.