• Bakı C

    7.3 m/s

  • USD - 1.7

    EUR - 1.9945

    RUB - 2.1237

Azərbaycan ilə Qazaxıstan energetika sahəsində strateji tərəfdaşlıq edəcək

İQTİSADİYYAT, CƏMİYYƏT

15 Dekabr 2025 | 14:24

Azərbaycan ilə Qazaxıstan energetika sahəsində strateji tərəfdaşlıq edəcək

Azərbaycan ilə Qazaxıstan energetika sahəsində strateji tərəfdaşlıq edəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin “Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında energetika sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə Fərmanında əksini tapıb.

    Fərmana əsasən, 2025-ci il oktyabrın 21-də Astana şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında energetika sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” təsdiq edilib.

    Bu Fərmanda göstərilən Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Energetika Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin edəcək.

    Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Qazaxıstan Respublikası Hökumətinə bildiriş göndərəcək.


    SON XƏBƏRLƏR