Azərbaycan Universitetinin tələbəsi bu gün təhsil müəssisəsinin birinci mərtəbəsinin təmir gedən ərazisində yıxılaraq xəsarət alıb.
Hadisə ilə bağlı TƏBİB-dən Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq bildirilib ki, dekabrın 15-i saat 11:00 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Azərbaycan Universitetindən 18 yaşlı şəxsin yıxılması səbəbilə çağırış qeydə alınıb.
"Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 1 nəfərə (kiş) yerində ilkin tibbi xidmət göstərilib və döş qəfəsinin travması diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub".
Əlavə edilib ki, Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunan pasiyentə zəruri tibbi xidmət göstərilib və ambulor müalicə üçün evə buraxılıb.
Bakı 



