• Bakı C

    5.34 m/s

  • USD - 1.7

    EUR - 1.9945

    RUB - 2.1237

Tibb müəssisələrində əlavə ödəniş tələbi ilə bağlı TAPŞIRIQ

CƏMİYYƏT

15 Dekabr 2025 | 18:24

Tibb müəssisələrində əlavə ödəniş tələbi ilə bağlı TAPŞIRIQ

Bəzi müəssisələrdə əlavə ödənişlərin tələb edilməsi, tibbi sərfin vətəndaşa aldırılması, imtiyazlı xəstələrə dərman təminatının qanunvericiliyə uyğun təşkil edilməməsi və s. kimi hallar yolverilməzdir.

Bakıvaxtı.az xəbər verir ki, bu fikirlər TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun rəhbərliyi ilə "İlin yekunlarına və növbəti il üçün qarşıya qoyulan hədəflərə dair" keçirilən müşavirədə səsləndirilib.

Müşavirədə eyni zamanda tibb müəssisələrində tibbi xidmətin təşkilində mövcud çətinliklər, idarəetmə və maliyyə proseslərində rast gəlinən nöqsanlar, həmçinin neqativ hallarla bağlı xəbərdarlıqlar diqqətə çatdırılıb.

Bununla yanaşı, aparılan yoxlamalarda ayrı-ayrı tibb müəssisələrində sterilizasiya, infeksiyaya nəzarət və keyfiyyət standartlarının tələblərinə tam əməl olunmaması ilə bağlı müşahidələrin qeydə alındığı bildirilib.

Vüqar Qurbanov məsul şəxslərə nəzarətin gücləndirilməsi və aşkarlanan çatışmazlıqların aradan qaldırılması ilə bağlı tapşırıqlar verib.


SON XƏBƏRLƏR