2024-cü ilin sonuna ölkənin əhalisi 1 milyon 408 milyon 280 min nəfər təşkil edib ki, bu da 2023-cü ilin sonundan 1 milyon 390 min nəfər azdır.
Bakıvaxtı.az "Sinxua"ya istinadən xəbər verir ki, bu barədə Çin Dövlət Statistika İdarəsi (SSA) məlumat yayıb.
Məlumata görə, 2024-cü il hesabatında cins nisbətində hər 100 qadına təxminən 105 kişi düşüb.
Ekspertlərə görə, Çin gənclərin çatışmazlığı və yaşlı əhalinin sayının artması ilə üzləşib.
Amerikanın "The Wall Street Journal" qəzeti bildirib ki, 2035-ci ilə qədər Çin iqtisadi və demoqrafik gərginliklə üzləşə bilər.
Gülşən Şərif