• Bakı 29° C

    6.42 m/s

  • USD - 1.7

    EUR - 1.9961

    RUB - 2.1625

Şəmkirdə "KIA" aşdı: ölən və yaralılar var - YENİLƏNİB

HADİSƏ

09 Iyul 2025 | 11:25

Şəmkirdə KIA aşdı: ölən və yaralılar var - YENİLƏNİB

08.07.2025-ci il tarixində saat 02:50 radələrində 4 nəfər ( kişi cinsli) yol-nəqliyyat hadisəsi nəticəsində Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

TƏBİB-dən Bakıvaxtı.az-a verilən xəbərə görə, müxtəlif bədən xəsarətləri alan şəxslərə zəruri tibbi xidmətlər göstərilib.

    Vəziyyətləri qənaətbəxş qiymətləndirilən 3 nəfər ambulator müalicə üçün evə buraxılıb.

    1 nəfər şəxsin isə vəziyyəti ağır olduğu üçün göstərilən reanimasiyon tədbirlərə baxmayaraq, 09.07.2025-ci il tarixində saat 03:50-də ölüm faktı qeydə alınıb.

    ***

    08:47

    Şəmkir rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

    Bakıvaxtı.az
    apa-ya istinadla xəbər verir ki, qəza rayonun Şiştəpə kəndi ərazisində qeydə alınıb.

    Belə ki, Şəmkir şəhər sakini, 1992-ci il təvəllüdlü A.Atakişizadə idarə etdiyi "KIA" markalı minik avtomobili ilə hərəkətdə olarkən sükan arxasında idarəetməni itirib və nəticədə avtomobil aşıb.

      Qəza zamanı sürücü və avtomobildə olan sərnişinlər - Şiştəpə kənd sakinləri, 1993-cü il təvəllüdlü O.Atakişiyev, 1993-cü il təvəllüdlü C.İbadullayev və 1968-ci il təvəllüdlü İ.Atakişiyev müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.

      Xəstəxanaya yerləşdirilən yaralılardan biri, 1968-ci il təvəllüdlü İ.Atakişiyev aldığı xəsarətlərdən vəfat edib.

      Faktla bağlı araşdırma aparılır.


      SON XƏBƏRLƏR