• Bakı 10° C

    4.63 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Sənaye zonalarına investisiya yatırılacaq 

İQTİSADİYYAT

11 Yanvar 2023 | 17:44

Sənaye zonalarına investisiya yatırılacaq

İndiyədək sənaye zonalarında 116 sahibkarlıq subyektinə rezident statusu verilib və onlardan 65-i artıq fəaliyyətə başlayıb.

Bakıvaxtı.az  xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov öz rəsmi Twitter səhifəsində yazıb.

Nazir qeyd edib ki, 2022-ci ildə bu müəssisələr tərəfindən ümumilikdə 2.9 mlrd. manat dəyərində məhsul satışı həyata keçirilib ki, bunun da 1 mlrd. manatı ixracın payına düşür. 2021-ci illə müqayisədə satış 20.6%, ixrac isə 10.08% artıb.

Nazir onu da bildirib ki, mövcud layihələr üzrə əlavə olaraq 460 mln. ₼-a yaxın investisiyanın yatırılması nəzərdə tutulur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026