“Dağıdıcı zəlzələnin Azərbaycan neftini daşıyan Bakı-Tbilisi-Ceyhan boru kəmərinə heç bir ziyan vurmayıb".
Bunu Bakıvaxtı.az-a açıqlamasında iqtsiadiçı-ekspert Cəfər İbrahimov bildirib.
Onun sözlərinə görə, bu kəmərlə neft axını davam edir: "Ciddi təhlükə gözlənilmir”.
Son günlər bu xəbərin fonunda və Çinin iqtisadi məlumatları nəticəsində dünyada neftin qiymətinin yüksəldiyini deyən C.İbrahimov qeyd edib ki, bu isə Azərbaycana valyuta axını deməkdir.
Bakı-Tbilisi-Ceyhan boru xətti Azərbaycan neftinin Xəzər dənizindən Türkiyənin Ceyhan limanına, oradan Aralıq dənizi vasitəsilə Avropa bazarlarına nəqli kəmərdir. Uzunluğu 1768 kilometrdir. Azərbaycandan (443 km), Gürcüstandan (249 km) və Türkiyədən (1076 km) keçir. Boru xəttinin diametri Azərbaycan və Türkiyə daxilində 42 düym (106,68 santimetr), Gürcüstanda isə 46 düymdür (116,84 santimetr). Türkiyədə Ceyhan Dəniz Terminalına doğru son hissəsində boru xəttinin diametri azalaraq 34 düyməyə (86,36 santimetr) enir.
1994-cü ilin sentyabr ayında Bakıda Azərbaycanın Dövlət Neft Şirkəti ilə dünyanın 11 böyük neft şirkəti arasında Xəzər dənizinin Azərbaycan sektorundakı "Azəri-Çıraq-Günəşli" yataqlarının istifadə edilməsi barədə "Əsrin müqaviləsi" adlanan müqavilə imzalandı.
Bakı-Tbilisi-Ceyhan boru xəttidən sonra Azərbaycanda və Qafqazda ən böyük layihə Bakı-Tbilisi-Qars dəmiryolu xətti dəmiryolu layihəsidir.
İbRa



jpg-1678515666.webp)

jpg-1678427161.webp)






jpg-1678257741.webp)



