• Bakı 4° C

    0.86 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

AZAL Bakıdan Qara dəniz sahilinə -Trabzona reyslər açır

İQTİSADİYYAT

07 Mart 2023 | 13:59 | Müəllif: Qalib İbrahimoğlu

AZAL Bakıdan Qara dəniz sahilinə - Trabzona reyslər açır

AZAL QSC-nin tərkibinə daxil olan “Buta Airways” aviaşirkəti Bakıdan yeni marşrut açır.

“Buta Airways” aviaşirkətinin mətbuat xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, mayın 4-dən etibarən aviaşirkət Bakı-Trabzon-Bakı istiqamətində uçuşlar həyata keçirəcək.

Uçuşlar həftədə iki dəfə, cümə axşamı və bazar günlərinə planlaşdırılır.

Qara dəniz sahilində yerləşən Trabzon şəhəri zəngin mədəniyyəti və maraqlı tarixi ilə məşhurdur. Trabzonda çimərlik mövsümü maydan oktyabr ayınadək davam edir.

“Buta Airways”in bütün planlaşdırılmış reyslərinə aviabiletləri aviaşirkətin www.butaairways.az rəsmi internet saytından və ya mobil tətbiqi vasitəsilə əldə etmək mümkündür.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026