• Bakı 24° C

    5.18 m/s

  • USD - 1.7

    EUR - 1.9493

    RUB - 2.0178

Dünya bazarlarında buğda qıtlığı yarana bilər

İQTİSADİYYAT

04 Aprel 2023 | 21:00 | Müəllif: Subhan Mahmudov

Dünya bazarlarında buğda qıtlığı yarana bilər

Kanadada son 45 ildə ilin ən quraq başlanğıcı məhsulun azalmasına səbəb ola və dünya bazarlarında buğda qıtlığı təhlükəsi yarada bilər.

Bakıvaxtı.az xəbər verir ki, mütəxəssislər Kanadanın əsas kənd təsərrüfatı bölgələrində minimum yağıntı düşdüyünü bildirirlər.

1 sentyabr 2022-ci il tarixindən etibarən Saskaçevan, ona qonşu Alberta və Manitoba əyalətlərinə orta yağıntının 60%-dən azı yağıb. Bu məlumatı ölkənin bir sıra kənd təsərrüfatı ərazilərində “ciddi quraqlıq” barədə məlumat verən Kanada hökuməti də təsdiqləyir.

Dünyanın əsas buğda ixracatçılarından olan Kanada 2021-ci ildə 26 milyon ton taxıl ixrac edərək, Rusiya və ABŞ-dən sonra qərarlaşıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Sentyabr 2026