• Bakı 24° C

    3.43 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Azərbaycanda vergi daxilolmaları ARTIB

İQTİSADİYYAT

06 Aprel 2023 | 10:55

Azərbaycanda vergi daxilolmaları ARTIB

Bu ilin yanvar-mart aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə vergi daxiolmaları ötən ilin eyni dövrü ilə müqayisədə 74,8 % artaraq 4 milyard 899,5 milyon manat təşkil edib.

Bakıvaxtı.az  xəbər verir ki, bunu nazir Mikayıl Cabbarov "Tviter" hesabında bildirib.

Onun sözlərinə görə, rüblük vergi daxilolmalarının 2 milyard 618 milyon manatı qeyri-neft-qaz sektorunun hesabına formalaşıb. Bu isə 1 il əvvələ nisbətən 16,4 % çoxdur.

"Fiskal gəlirlərdə əhəmiyyətli artımlar iqtisadiyyatımızın dayanıqlığını gücləndirir", - deyə nazir qeyd edib.
 


Azərbaycanda vergi daxilolmaları ARTIB
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Sentyabr 2026