• Bakı 14° C

    7.57 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

AZAL Bakıdan Düşənbə şəhərinə reys açır

İQTİSADİYYAT

05 Aprel 2023 | 17:50 | Müəllif: Qalib İbrahimoğlu

AZAL Bakıdan Düşənbə şəhərinə reys açır

AZAL QSC-nin tərkibinə daxil olan “Buta Airways” aviaşirkəti may ayında Bakıdan Tacikistanın paytaxtı reys açır.

Bu barədə Bakıvaxtı.az-a “Buta Airways” aviaşirkətinin mətbuat xidmətindən bildirilib.

Məlumata görə, mayın 30-dan etibarən Bakıdan Düşənbəyə və əks istiqamətdə uçuşlar həftənin bazar ertəsi, çərşənbə axşamı və cümə axşamı günləri yerinə yetiriləcək.

Düşənbə paytaxt olmaqla yanaşı, şərq ekzotikası və Mərkəzi Asiya xarizmasını özündə birləşdirən Tacikistanın həm də ən böyük şəhəridir.

“Buta Airways”in bütün planlaşdırılmış reyslərinə aviabiletləri aviaşirkətin www.butaairways.az rəsmi internet saytından və ya mobil tətbiqi vasitəsilə əldə etmək mümkündür.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026