• Bakı 18° C

    4.57 m/s

  • USD - 1.7

    EUR - 1.8152

    RUB - 0.018

“Sərhədlərin delimitasiyası məsələsində müəyyən irəliləyişlər ola bilər” - Deputat

SİYASƏT

23 May 2022 | 13:05

“Sərhədlərin delimitasiyası məsələsində müəyyən irəliləyişlər ola bilər” - Deputat

“Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında üçüncü görüş keçirilib. Sərhədlərin və kommunikasiya xətlərinin açılması, sülh sazişi üzərində çalışmaların sürətləndiliməsi vacibliyi yenidən nəzərdən keçirilib”.

Bunu Bakıvaxtı.az-a açıqlamasında deputat Cavanşir Paşazadə bildirib.

Millət vəkili qeyd edib ki, Azərbaycan mövqeyini heç vaxt dəyişməyib: “Azərbaycan tərəfi bütün görüşlərdə eyni mövqedən çıxış edib,  lakin Ermənistan tərəfi razılığa gəlmək istəmirdi. Uzun çəkən sonuncu Brüssel görüşünün müsbət nəticələr verəcəyinə inanıram. Çünki Şarl Mişelin bəyanatından da görünür ki, Aİ Prezidentinin fikirləri Azərbaycanın mövqei ilə üst-üstə düşür”.

C.Paşazadə hesab edir ki, sərhədlərin delimitasiyası məsələsi və sülh müqaviləsinin imzalanması istiqamətində müəyyən irəliləyişlər ola bilər: “Həmçinin qeyd etmək lazımdır ki, Brüssel danışıqları Azərbaycanın təklif etdiyi baza məsələlər əsasında aparılıb. Bildiyimiz kimi, Prezident İlham Əliyev Ermənistanın qarşısına beş baza təklif irəli sürmüşdü. Bu beş təklifin ən vaciblərindən biri sərhəd məsələsidir ki, yaxın günlərdə dövlətlərarası sərhəddə Sərhəd Komissiyalarının ilk birgə iclası keçiriləcək”.

Deputat edib ki, görüşdə Qərbi Azərbaycanla Naxçıvan və Ermənistanın müxtəlif bölgələri arasında Azərbaycandan keçməklə hər iki ölkənin kommunikasiya infrastrukturu vasitəsilə beynəlxalq daşımaları tənzimləyən prinsiplər barədə razılığa gəlinib: “Xüsusilə də sərhəd idarəçiliyi, təhlükəsizlik, beynəlxalq daşımalar kontekstində gömrük prinsipləri barədə də ilkin razılığa gəlinib. Gözləntilər onu göstərir ki, hər iki ölkənin Baş nazir müavinləri yaxın vaxtlarda bu prosesi davam etdirəcəklər”.

“Ermənistan tərəfi görüş zamanı Qarabağda yaşayan erməni əhalisinin təhlükəsizlik məsələsində problemlər yaranacağını qabartmağa çalışıb. Lakin Azərbaycan Prezidenti İlham Əliyev daim çıxışları zamanı bildirib ki, sülh müqaviləsi imzalanacağı təqdirdə Qarabağda yaşayan etnik erməni əhalisinin də Azərbaycan vətəndaşları kimi hüquqları qorunacaq. Çünki Azərbaycanda indiyədək otuz mindən çox etnik erməni vətəndaşı yaşayır və onların da hüququ tam şəkildə qorunur. Prezident İlham Əliyev Ermənistan tərəfinin arqumentinin hər zaman əsassız olduğunu dəlillərlə sübut edib”, - deyə Cavanşir Paşazadə əlavə edib.

Nuranə Daxilqızı


SON XƏBƏRLƏR