“Bu ilin birinci rübündə ilk dəfə olaraq qaz ixracından gələn gəlir neft gəlirlərinə yaxınlaşıb”.
Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahit Mirkişili parlamentin bu gün keçirilən növbədənkənar sessiyasında deyib.
Onun sözlərinə görə, dövlət büdcəsinin gəlirləri proqnozdan 1,2 milyard manat və ya 10,8% daha çox yerinə yetirilib. Dövlət büdcəsinin xərcləri isə proqnozdan 70 milyon manat daha çox icra edilib.
"Bütün sadalananlar 2022-ci il üçün dövlət büdcəsində dəyişikliklərin olmasını zəruri edib. Təqdim edilmiş layihəyə əsasən 2022-ci il üçün dövlət büdcəsinin gəlirlərinin 2 milyard 381 milyon, xərclərinin isə 2 milyard 424 milyon manat artırılması təklif olunur”, - deyə deputat əlavə edib.
Nuranə Daxilqızı
















