• Bakı 19° C

    2.12 m/s

Sərnişinlərə ŞAD XƏBƏR: Qatarların hərəkəti bərpa olunur

CƏMİYYƏT

18 Fevral 2022 | 17:24 | Müəllif: Qalib İbrahimoğlu

Sərnişinlərə ŞAD XƏBƏR: Qatarların hərəkəti bərpa olunur

İki ildən çoxdur ki, fəaliyyəti dayanan sərnişin qatarlarının ölkədaxili hərəkəti bərpa oluna bilər.

Bakıvaxtı.az xəbər verir kİ, bu barədə "Qaynarinfo"ya etibarlı mənbələrdən məlumat daxil olub. Qeyd olunub ki, yaxın vaxtlarda Azərbaycanda bir neçə bölgə istiqamətində qatarların hərəkəti bərpa olunacaq. İlk olaraq Bakı-Gəncə-Qazax dəmir yolu üzrə hərəkət edən qatarların bərpası gözlənilir.

Qeyd edək ki, Azərbaycanda sərnişin qatarlarının fəaliyyəti iki ildən yuxarıdır ki, dayanıb. 

Nazirlər Kabinetinin yanında Operativ Qərargahdan məsələ ilə bağlı məlumatsız olduğunu bildiriblər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR