• Bakı 12° C

    5 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Təcili yardım həkimini təhqir edən şəxs saxlanıldı

HADİSƏ

03 Yanvar 2022 | 12:04

Təcili yardım həkimini təhqir edən şəxs saxlanıldı

Füzulidə sərxoş kişi xəstə olan anası üçün çağırışa gələn tibb işçilərini təqhir edib.

Bu barədə Bakıvaxtı.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Füzuli Rayon Polis Şöbəsinə yanvarın 1-də saat 20 radələrində 8 saylı Qayıdış qəsəbə sakini S.Hüseynovun xəstə olan anası üçün çağırışa gələn Təcili Tibbi Yardım Stansiyasının işçilərini təhqir etməsi barədə məlumat daxil olub.

Dərhal polis əməkdaşları həmin ünvana gələrək S.Hüseynovu intizama dəvət ediblər, lakin o, polis əməkdaşlarına tabesizlik göstərib.

S.Hüseynov polis əməkdaşları tərəfindən saxlanılıb, onun sərxoş vəziyyətdə olması müəyyən edilib.

Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq) və 535-ci (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddələri ilə protokol tərtib edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026