• Bakı 15° C

    1.52 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Baba və nəvə yol qəzasında öldü

HADİSƏ

02 Fevral 2022 | 00:53 | Müəllif: Qalib İbrahimoğlu

Baba və nəvə yol qəzasında öldü

Ağcabədidə iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş berib.

Bakıvaxtı.az apa-ya istinadən xəbər verir ki, hadisə Aran qəsəbəsi - Bəhramtəpə magistral yolunda qeydə alınıb. Yolun Ağcabədi rayon Qaravəlli kəndi sahəsindən keçən hissəsində "VAZ-21011" markalı minik maşını eyni istiqamətdə olan, İran İslam Respublikası vətəndaşına məxsus qoşqulu yük maşınına çırpılıb.

Qəza nəticəsində minik maşınında olan baba və nəvə həlak olub. Onlar Ağcabədi rayon Təzəkənd kənd sakinləri Qasımov Cahid Camal oğlu və Qasımov Camal Cahid oğludur.

Faktla bağlı araşdırma başlanıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Noyabr 2026