Şirvan şəhərində mənzildə meyit tapılıb.
Bu barədə Bakıvaxtı.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Qeyd olunub ki, FHN-nin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Şirvan şəhərində 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1965-ci il təvəllüdlü Qarayev Zöhrab Mətləb oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.















