Cəlilabad rayonunda orta məktəbdə yanğın hadisəsi baş verib.
Bakıvaxtı.az report-a istinadən xəbər verir ki, hadisə rayonun 3 nömrəli tam orta məktəbində qeydə alınıb.
Yanğının söndürülməsi üçün hadisə yerinə 2 yanğınsöndürən maşın cəlb olunub, yanğın söndürülüb.
Hadisə dərs vaxtı baş versə də, şagirdlər vaxtında təxliyə olunub. Hadisə zamanı xəsarət alan olmayıb.
İlkin məlumata görə, hadisə nəticəsində 1 sinif otağı yanıb.
Faktla bağlı araşdırma aparılır.
















