• Bakı 12° C

    4.3 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

33 yaşlı kişi göldə boğuldu

HADİSƏ

03 Mart 2022 | 18:18 | Müəllif: Subhan Mahmudov

33 yaşlı kişi göldə boğuldu

Qəbələdə 33 yaşlı kişi göldə boğularaq ölüb.

Bakıvaxtı.az xəbər verir ki, hadisə rayonun Uludaş kəndində qeydə alınıb.

Belə ki, kəndin sakini, 1989-cu il təvəllüdlü Müşfiq Mirağa oğlu Mürsəliyev kənd ərazisində yerləşən göldən su götürmək istəyərkən yıxılıb. M.Mürsəliyev Qəbələ Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Məlumata görə, 33 yaşlı M.Mürsəliyev Uludaş kəndi ərazisində yerləşən təsərrüfatların birində fəhlə kimi çalışırdı.

Faktla bağlı araşdırma aparılır.(report.az)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026