Bakıda 16 yaşlı qız itkin düşüb.
Bakıvaxtı.az xəbər verir ki, “Report”un əldə etdiyi məlumata görə, hadisə martın 2-də paytaxtın Nərimanov rayonu, Ə.Əliyev küçəsində qeydə alınıb.
Belə ki, 2006-cı il təvəllüdlü Bənövşə Xəlilova saat 21:00 radələrində yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.
Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinin 17-ci polis Şöbəsində araşdırma aparılır.
















