• Bakı 11° C

    2.44 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Əsgəri öldürən sabiq polis hakim qarşısına çıxarılır

HADİSƏ

01 Aprel 2022 | 11:36

Əsgəri öldürən sabiq polis hakim qarşısına çıxarılır

Bakıda Daxili Qoşunların əsgərini maşınla vuraraq öldürən sabiq polislə bağlı istintaq yekunlaşıb.

Bakıvaxtı.az xəbər verir ki, qəzanı törədən keçmiş polis serjantı Vaqif Novruzovun cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İşə hakim Səbuhi Hüseynovun sədrliyi ilə baxılacaq. Məhkəmənin hazırlıq iclası aprelin 11-ə təyin olunub.

Qeyd edək ki, hadisə ötən il noyabrında Sabunçu rayonunda baş verib. V.Novruzov “Toyota” markalı avtomobillə idarəetməni itirərək yolun kənarında dayanmış DQ-nin əsgəri Rövşən Alxasovu vurub. Sonuncu xəstəxanaya yerləşdirilsə də, orada vəfat edib.

V.Novruzov saxlanılıb Cinayət Məcəlləsinin 263-1.3-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaaydalarını pozma) maddəsi ilə mühakimə olunacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026