Siyəzəndə daha bir valideyn ehtiyatsızlığı baş verib.
Bakıvaxtı.az xəbər verir ki, rayonun Gilgilçay qəsəbəsində 2 yaşlı oğlan uşağı ağ neft içib.
Uşaq dərhal Siyəzən Müalicə-Diaqnostika Mərkəzinə çatdırılıb. Uşağın mədəsi yuyulduqdan sonra paytaxtdakı Toksikologiya Mərkəzinə göndərilib.
Qeyd edək ki, Siyəzəndə bir neçə gün əvvəl digər bir azyaşlı uşaq kimyəvi məhlul içmişdi.(bizimmedia)
Siyəzəndə azyaşlı ağ nefti içdi
HADİSƏ
30 Aprel 2022 | 21:55 | Müəllif: Subhan Mahmudov

SON XƏBƏRLƏR
09:11
26 Noyabr 2026















