• Bakı 23° C

    8.16 m/s

  • USD - 1.7

    EUR - 1.9353

    RUB - 2.0073

Azərbaycanda polis mayoru qəzada öldü - YENİLƏNİB-FOTO

HADİSƏ

03 Mart 2022 | 21:50

Azərbaycanda polis mayoru qəzada öldü - YENİLƏNİB-FOTO

Yevlaxda polis mayorunun ölümü ilə nəticələnə yl qəzasının təfərrüatı açıqlanıb.

Bakıvaxtı.az xəbər verir ki, hadisə Yevlax rayonunun Duzdağ qəsəbəsində baş verib. Belə ki, Yevlax rayon Polis Şöbəsinin baş təhqiqatçısı, polis mayoru Faiq Cəfərov xidmətdən toy məclisində iştirak etdikdən sonra idarə etdiyi "Chevrolet Cruze" markalı avtomobillə "KamAZ" markalı yük maşını ilə toqquşub.

Qəza nəticəsində ağır xəsarətlər alan F. Cəfərov xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Yevlax rayon Polis Şöbəsində araşdırma aparılır.

***

10:03

Yevlaxda yol-nəqliyyat hadisəsi baş verib. 

Bakıvaxtı.az oxu.az-a istinadən xəbər verir ki, qəza zamanı “Chevrolet Cruze” markalı avtomobil yük maşınına çırpılıb. 

Hadisə nəticəsində minik avtomobilinin sürücüsü, 32 yaşlı Faiq Cəfərov ağır xəsarətlər alıb. 

O xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. 

Faktla bağlı araşdırmalara başlanılıb.

Qeyd edək ki, polis mayoru F.Cəfərov Yevlax Rayon Polis Şöbəsinin baş təhqiqatçısı vəzifəsində çalışıb. Qəza işdən evə gedən zaman baş verib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan faktı təsdiqləyiblər.


Azərbaycanda polis mayoru qəzada öldü - YENİLƏNİB-FOTOAzərbaycanda polis mayoru qəzada öldü - YENİLƏNİB-FOTOAzərbaycanda polis mayoru qəzada öldü - YENİLƏNİB-FOTOAzərbaycanda polis mayoru qəzada öldü - YENİLƏNİB-FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Sentyabr 2026