• Bakı C

    12.34 m/s

  • USD - 1.7

    EUR - 1.8507

    RUB - 0.0182

Sərxoş vəziyyətdə avtoxuliqanlıq edən sürücü həbs OLUNDU

CƏMİYYƏT

30 Iyun 2022 | 20:45

Sərxoş vəziyyətdə avtoxuliqanlıq edən sürücü həbs OLUNDU

İsmayıllı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən şəhər ərazisində keçirilən nəzarət-profilaktik tədbirlər zamanı avtoxuliqanlıq hərəkətləri edərək ictimai aşayişi nümayişkəranə şəkildə pozan və digər hərəkət iştirakçılarına da ciddi təhlükə yaradan sürücü saxlanılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.

Bildirilib ki, rayon sakini Elvin Əhmədov idarə etdiyi “VAZ-21015” markalı avtomobil ilə şəhərin küçə və prospektlərində yol hərəkəti qaydalarını kobud şəkildə pozub və avtoxuliqanlıq edib.

Yol Patrul Xidmətinin əməkdaşlarının “saxla” əmrinə tabe olmayan sürücünün saxlanılan zaman orta dərəcəli sərxoş olduğu da müəyyən edilib. Həmin şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib olunaraq hüquqi qiymət verilməsi üçün rayon məhkəməsinə göndərilib.

Məhkəmənin də qərarı ilə Elvin Əhmədovun sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb və o, inzibati həbs edilib.


SON XƏBƏRLƏR

18 Mart 2024