• Bakı 10° C

    4.84 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Səudiyyə Ərəbistanı XİN Azərbaycana başsağlığı verdi

SİYASƏT

27 Yanvar 2023 | 16:43

Səudiyyə Ərəbistanı XİN Azərbaycana başsağlığı verdi

Səudiyyə Ərəbistanı Krallığının Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumu pisləyib.

Bakıvaxtı.az  xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistan XİN-dən bildirilib:

“Səudiyyə Ərəbistanın Xarici İşlər Nazirliyi İranın paytaxtı Tehranda Azərbaycan Respublikasının səfirliyinə bir nəfərin ölümü və bir neçə nəfərin xəsarət alması ilə nəticələnən silahlı hücumu qətiyyətlə pislədiyini bildirir. Nazirlik bu çətin vaxtda Krallığın Azərbaycan Respublikası və onun dost xalqı ilə həmrəy olduğunu təsdiq edir, diplomatik nümayəndəliklərin toxunulmazlığına hörmət etməyə və günahkarların cəzalandırılmasına çağırır".

Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 08:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub. Terroru törədən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı hücumun qarşısını alarkən yaralanıblar. Yaralıların vəziyyəti qənaətbəxşdir. Terroru törətmiş şəxs saxlanılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026