• Bakı 9° C

    5.52 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

İlham Əliyev Azərbaycan və Türkiyənin daim bir-birinin yanında olduğunu deyib

SİYASƏT

25 Fevral 2023 | 18:46 | Müəllif: Subhan Mahmudov

İlham Əliyev Azərbaycan və Türkiyənin daim bir-birinin yanında olduğunu deyib

Azərbaycan və Türkiyə həm sevincli, həm də kədərli günlərdə bir-birinin yanındadır.

Bakıvaxtı.az xəbər verir ki, bunu fevralın 25-də İstanbulda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşündə deyib.

Prezident İlham Əliyev ölkəmizin bu faciənin ilk günündən qardaş Türkiyənin yanında olduğunu qeyd edib.

Dövlətimizin başçısı zəlzələnin nəticələrinin aradan qaldırılması üçün ölkəmizin humanitar yardımları bundan sonra da davam etdirəcəyini diqqətə çatdırdı. Azərbaycan Prezidenti qardaş Türkiyənin bu zəlzələnin nəticələrini də tezliklə aradan qaldıracağına əminliyini ifadə etdi.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Noyabr 2026
28 Noyabr 2026