• Bakı 23° C

    5.17 m/s

İsrail Prezidenti İlham Əliyevi təbrik etdi

SİYASƏT

26 Mart 2023 | 20:39 | Müəllif: Subhan Mahmudov

İsrail Prezidenti İlham Əliyevi təbrik etdi

İsrail Prezidenti İsaak Hersoq Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib.

Bakıvaxtı.az xəbər verir ki, İsaak Hersoq bu barədə Twitter-də paylaşım edib.

O bildirib ki, Azərbaycanın İsraildəki ilk səfiri Muxtar Məmmədovun etimadnaməsini təqdim etməsinə görə Prezident İlham Əliyevi təbrik edir:

“Bu təyinat diplomatik münasibətlərin 30 illiyini qeyd etdiyimiz bir mərhələdə çox mühüm hadisədir”.

Qeyd edək ki, Azərbaycanın İsraildəki səfiri Muxtar Məmmədov etimadnaməsini İsrail Prezidenti İsaak Hersoqa təqdim edib.

Səfir bu barədə Twitter-də paylaşım edib.

O yazıb ki, Azərbaycan Respublikasının İsraildə 1-ci səfiri kimi İsrail Dövlətinin Prezidentinə Etimadnaməmi təqdim etməkdən şərəf və qürur duyur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Sentyabr 2026