• Bakı 9° C

    6.07 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

"İlham Əliyev Azərbaycanın etibarlı ticarət tərəfdaşı olduğunu sübut etdi” - Radev

SİYASƏT

25 Aprel 2023 | 20:29 | Müəllif: Subhan Mahmudov

"İlham Əliyev Azərbaycanın etibarlı ticarət tərəfdaşı olduğunu sübut etdi” - Radev

"Prezident Əliyev Azərbaycanın etibarlı ticarət tərəfdaşı olduğunu sübut etdi”

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Bolqarıstan Prezidenti Rumen Radev aprelin 25-də Sofiyada “Bulgartransgaz” (Bolqarıstan), “Transgaz” (Rumıniya), FGSZ (Macarıstan) və “Eustream” (Slovakiya) və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumu”nun imzalanması mərasimində bildirib.

On ildən artıq müddət əvvəl imzalanan müqaviləyə əsasən, Bolqarıstanın artıq bir ildən çoxdur Azərbaycan tərəfindən etibarlı şəkildə təchiz olunduğunu vurğulayan Prezident Rumen Radev deyib: “Bütün qlobal siyasi faktlara baxmayaraq, Azərbaycan müqavilənin şərtlərinə ciddi şəkildə əməl edir. Azərbaycan təkcə Bolqarıstanın deyil, həm də Avropa İttifaqının strateji tərəfdaşıdır. Bu, ötən ilin iyulunda, Azərbaycanın Avropa Komissiyası ilə enerji sektorunda strateji əməkdaşlığa və xüsusilə Avropa İttifaqına əlavə həcmdə qaz təchizatına dair Memorandum imzalaması ilə təsdiq olundu”.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Noyabr 2026
28 Noyabr 2026