• Bakı 16° C

    4.74 m/s

  • USD - 1.7

    EUR - 1.8198

    RUB - 0.0182

Prezident: “AİB-ə üzv ölkələrlə qarşılıqlı əlaqələri möhkəmləndirmək fikrindəyik”

SİYASƏT

25 May 2023 | 19:53

Prezident: “AİB-ə üzv ölkələrlə qarşılıqlı əlaqələri möhkəmləndirmək fikrindəyik”

“Azərbaycanda işsizliyin səviyyəsi cəmi 5 faiz təşkil edir. Demoqrafik artım, - son 30 il ərzində Azərbaycan əhalisinin sayı 7 milyondan 10 milyona qalxıb, - yeni iş yerlərinin yaradılması üzrə fəal səylər tələb edir”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Moskvada Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasında çıxışı zamanı deyib.

“Biz, əlbəttə, Avrasiya İqtisadi Birliyinə üzv ölkələrlə fəal qarşılıqlı əlaqələri həm ikitərəfli formatda, - biz bunu uğurla edirik, - həm də çoxtərəfli formatda möhkəmləndirmək fikrindəyik”, - deyə dövlətimizin başçısı əlavə edib.


SON XƏBƏRLƏR

24 Aprel 2024