• Bakı 19° C

    8.31 m/s

  • USD - 1.7

    EUR - 1.9241

    RUB - 2.1054

"Ukrayna bu təkliflə dərhal razılaşmalıdır" - Tramp

DÜNYA

11 May 2025 | 22:47

Ukrayna bu təkliflə dərhal razılaşmalıdır - Tramp

Ukrayna hakimiyyəti Rusiya prezidenti Vladimir Putinin münaqişənin həlli üçün İstanbulda danışıqlar aparmaq təklifi ilə dərhal razılaşmalıdır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Amerika lideri Donald Tramp "Truth Social" sosial şəbəkəsində bildirib.

"Rusiya prezidenti Putin Ukrayna ilə atəşkəs sazişi bağlamaq istəmir, lakin qanlı qırğına son qoyulmasını müzakirə etmək üçün cümə axşamı Türkiyədə görüşmək istəyir. Ukrayna bununla dərhal razılaşmalıdır", - Ağ Evin rəhbəri yazıb.

Tramp əlavə edib ki, danışıqların nəticələrinə əsasən, Ukrayna razılığın əldə olunub-olunmayacağını müəyyən edə biləcək. Eyni zamanda, siyasətçinin fikrincə, Avropa və ABŞ vəziyyətin necə olduğunu öyrənə biləcək, bundan sonra müvafiq tədbirlər görəcəklər.


SON XƏBƏRLƏR

11 May 2025