Böyük Britaniya İsrailin maliyyə naziri Bezalel Smotriç və milli təhlükəsizlik naziri İtamar Ben-Qvirə məhdudiyyətlər qoyub.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Britaniya hökumətinin saytında bildirilir.
Məhdudlaşdırıcı tədbirlərə Böyük Britaniyaya girişin qadağan edilməsi və onların hesablarının dondurulması daxildir.
Londona görə, Smotriç və Ben-Qvir "İordan çayının qərb sahilində fələstinlilərə qarşı törədilən təcavüz və zorakılıq aktları da daxil olmaqla, qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəzaya məruz qalmamaq üçün insan hüququnun ciddi şəkildə pozulmasını təşkil edən fəaliyyətlərdə iştirak etmək, təhrik etmək, təşviq etmək və/və ya dəstəkləmək üçün məsuliyyət daşıyırlar."