• Bakı 22° C

    4.03 m/s

  • USD - 1.7

    EUR - 1.9406

    RUB - 2.1689

Hindistan əhalisinin yeni sayı açıqlandı

DÜNYA

10 Iyun 2025 | 20:14

Hindistan əhalisinin yeni sayı açıqlandı

Hindistan əhalisinin sayı 1,5 milyard nəfərə yaxınlaşıb və gələcəkdə bu rəqəm daha 200 milyon nəfər artacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə BMT-nin Əhali Fondunun (UNFPA) hesabatında bildirilir.

"Hindistan hazırda təxminən 1,5 milyard nəfər əhalisi ilə dünyanın ən sıx məskunlaşdığı ölkədir; bu rəqəmin təxminən 40 ildən sonra azalmağa başlamazdan əvvəl 1,7 milyarda qədər artacağı gözlənilir"- deyə hesabatda bildirilir.

Sənəddə qeyd olunur ki, Hindistanda orta hesabla bir qadın iki uşaq dünyaya gətirir.

BMT-nin keçənilki Dünya Əhali Prospektləri hesabatında Hindistan əhalisinin 1960-cı illərin əvvəllərində pik həddinə çatacağı və təxminən 1,7 milyard nəfər olacağı bildirilir.

Beynəlxalq təşkilatın proqnozuna görə, dünya əhalisi 2080-ci illərin ortalarında 10,3 milyard nəfərə çatacaq.


SON XƏBƏRLƏR