• Bakı 20° C

    3.36 m/s

“Azərbaycan tezliklə Xankəndini də tam nəzarətə götürəcək” - AÇIQLAMA

SİYASƏT

25 Aprel 2023 | 15:46 | Müəllif: Qalib İbrahimoğlu

“Azərbaycan tezliklə Xankəndini də tam nəzarətə götürəcək” - AÇIQLAMA

“Laçın-Xankəndi yolunda qurulan sərhəd-keçid məntəqəsi Azərbaycanın öz ərazisinə tam nəzarət etməsi deməkdir”.

Bunu Bakıvaxtı.az-a politoloq Cümşüd Nuriyev deyib.

Ekspert qeyd edib ki, Qarabağ tamamilə nəzarətə götürülüb:

“Ermənilər artıq Qarabağa nı silah-sursat, nə də narkotik daşıya biləcək. Bu, eyni zamanda rus sülhməramlılarına mənəvi etirazdır”.

Müsahibimizin sözlərinə görə, Azərbaycan üçtərəfli Bəyannaməyə uyğun olaraq qəbul olunmuş qərarın icrasını özü həyata keçirir:

“Necə ki, 28 il ərazimiz işğal altında olanda BMT-nin 4 qətanməsini özümüz icra edirdik, indi də belədir. Onsuz da ermənilər hay-küy salıb təşkilatlara müraciət edəcəklər, Azərbaycanı guya genosiddə günahlandıracaqlar. Proqnozum belədir ki, Azərbaycan tezliklə Xankəndi, Xocalı və Xocavəndi tam nəzarətə götürəcək”.

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Oktyabr 2026