• Bakı 8° C

    11.82 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Nagahan nədən belə narahatdır?

SİYASƏT

25 May 2023 | 12:51 | Müəllif: Qalib İbrahimoğlu

Nagahan nədən belə narahatdır?

Erməni lobbisinə əlaltılıq edən (maaləsəf ki) türkiyəli jurnalist Nagehan Alcı vaxtı ilə SOROS Fondunun maliyyələşdirdiyi Beynəlxalq Böhran Qrupunun  əməkdaşı qismində Ermənistana, eləcə də, bizim, Ermənistanın işğalı altında olan Qarabağ bölgəmizə qanunsuz səfər etmişdi.

Ermənilərin onun qarşısında qoyduğu əsas tapşırıq isə Ermənistanın işğalçılıq siyasətinə haqq qazandırmaq, onun Qarabağdakı uzantısı olan qondarma, #terrorist rejimi təbliğ və tərənnüm etməkdən ibarət idi.

Azərbaycanın işğal altında olan bölgələrinə səfər edən şəxslər “qara siyahı”ya düşdüyü üçün, Nagehan Alcı da həmin siyahıda olan şəxslərdən idi.

Nagehan Alcı Azərbaycana səfər etməkçün adının “qara siyahı”dan çıxarılması xahişi ilə rəsmi Bakıya müraciət etmişdi. O, müraciətində Azərbaycanın ərazi bütövlüyünə sayğı duyduğunu bildirmişdi. Azərbaycan onun səmimiliyinə inanmasa da, yalnız Türkiyə vətəndaşı olduğuna görə Azərbaycan Xarici İşlər Nazirliyi onun “qara siyahı”dan çıxarılması ilə bağlı qərar vermişdi. 

Sonra Türkiyə media nümayəndələrinin tərkibində Azərbaycana səfər edən Nagehan Alcı, ölkəsinə dönüncə, yerli mediada Azərbaycanı öz ağlınca məzxərəyə qoymuşdu. Bax, həmin Nagehan Alcı indi 28 may - Türkiyə Cümhurbaşqanı seçkilərinin ll turu ərəfəsində yenidən fəallaşıb, hər hansı şəkildə olur olsun Azərbaycanı qaralamağa çalışır.

Nagahan nədən belə bərk narahatdır?

Zatən adının anlamı “birdənbirə”, “vaxtsız”dır, məncə, ağıl xocaları onun qulağına pıçıldamalı ki, nə durubdururkən, nə də “vaxtlı-vaxtı”nda, Türkiyənin (Şuşa Bəyannaməli) əvəzsiz qardaşı Azərbaycanı qaralamağın heç bir yararı olmayacaq. Karvan nə vaxt hardan keçməlidir - sarvan çox yaxşı bilir…

Azərbaycanla Türkiyənin arasına girən (buna cəhd edən) hər kim olur-olsun, onun heç bir uğuru mümkün deyil, iylənib yerə düşəcək, vəssalam....

Əkbər Qoşalı

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Noyabr 2026